12 
May
2020
10:06
10
103
2652
Virtual karabakh

Bunlara diqqət edilməzsə, koronavirus testi səhv nəticə verə bilər

12 May, 2020
10:06
2652

Bunlara diqqət edilməzsə, koronavirus testi səhv nəticə verə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Koronavirusun müəyyən edilməsi üçün aparılan testlərin nəticələrinə bir neçə amil təsir edə bilər.

Bu barədə RBK-ya “Qemotest” laboratoriyasının infeksion xəstəliklərin diaqnostikası üzrə mütəxəssisi Dmitri Qordeyev danışıb.

Bu cür amillər sırasında D.Qordeyev prosedura hazırlıq qaydalarının pozulması və nümunələrin qeyri-düzgün götürülməsini qeyd edib. Onun sözlərinə görə, testin aparılması üçün yaxma boğazın arxa hissəsindən götürülməlidir. Əks halda, selikli qişada kifayət qədər hüceyrəni tutmaq mümkün olmayacaq.

Prosedura hazırlıq qaydalarının pozulmasına gəlincə, ekspert virusun tənəffüs yollarının selikli qişasına təsir etdiyini vurğulayıb. Bununla belə, epitellər tez-tez yenilənmə xüsusiyyətinə malikdir. Nəticədə, virus su, qida və ya tüpürcək vasitəsilə qida borusuna köçürülür.

Bununla əlaqədar olaraq, mütəxəssis analiz verməzdən üç saata qədər qida və su qəbul etməməyi məsləhət görüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri